Uşağın ən çətin dövrü:


Digərləri 01 Sen 2019 12:46:00 284 0

Uşağın ən çətin dövrü:

Uşaqlar adətən hər yaş sindromunu fərqli keçirir. Ən çətin və adətən valideynlərin uşaqlarda dözə bilmədiyi 2 yaş sindromudur. Bu yaşda uşaq daha hirsli, əsəbi olur, istədiyini əldə etməyə çalışır və heç cür yola gəlmir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, pediatrların fikrincə, xüsusilə çətin keçən 2 yaş sindromunu valideynlər səbirlə yola verməyi bacarmalıdır. Həkimlərin məsləhətinə əsasən, bu yaşda olan və tərslik edən uşaqlarla inadlaşmaq düzgün deyil. Valideynlər bu vəziyyətə qalib və yaxud məğlub olacağı müharibə kimi baxmamalıdır. Bu kimi hallarda valideynlər uşağın diqqətini və marağını başqa istiqamətə çevirməyə çalışmalıdır.

Həkimlər bildirib ki, belə uşaqla mübahisə etmək qəti olmaz. Ən yaxşısı səbirlə 2 yaşlı balacanın səbəbsiz başlamış əsəbinin keçməsini gözləməkdir. Bu müddətdə isə ona qarşı laqeyd olmaq ən doğrusudur. Yaxşı olar ki, valideynlər uşağın uyğunsuz və əsəbi davranışları bitdikdən sonra onunla maraqlansın, niyə onun istədiyini etmədiyini desin.

Mütəxəssislərin fikrincə, valideynlərin əksəriyyəti uşağını "indi belədirsə, gör gələcəkdə nə olacaq!" düşüncəsi ilə cəzalandırır. Halbuki bu, ən yanlış addımdır. Çünki bu yaşda uşağın duyğuları çox dəyişkən olur. Onlar anidən ağladıqları kimi bir anda da susa və gülə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});