İran Xəzərdə hərbi təlimlərə start verdi


Digərləri 01 Sen 2019 12:26:17 201 0

İran Xəzərdə hərbi təlimlərə start verdi

İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərinə başlayıb

Bakı. Elnur Bağışov - İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərinə başlayıb. Trend-in məlumatına görə, hərbi təlimlər sülh və dostluq müraciətini daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir. İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.