Parisdə önəmli toplantı:


Dünya 01 Sen 2019 11:40:00 212 0

Parisdə önəmli toplantı:

Sabah İran Xarici işlər nazirinin müavini Abbas Arakçının rəhbərlik etdiyi nümayəndə heyəti nüvə razılaşmasını müzakirə etmək üçün Fransaya səfər edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi məlumat verib.

M. Vaezi bildirib ki, Parisdə nüvə razılaşmasının dəstəklənməsi ilə bağlı təklif müzakirə olunacaq. Bu görüş İranın nüvə razılaşması üzrə öhdəliklərinin üçüncü dəfə azaldılması barədə qərar qəbul etməyə hazırlaşdığı ərəfə təsadüf edir.

Qeyd edək ki, bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə telefonla əlaqə saxlayıb, nüvə razılaşması ilə bağlı məsələləri müzakirə edib.