Dostunun “Skoda”sını zibilliyə atmaq istədi,


Dünya 01 Sen 2019 11:10:00 227 0

Dostunun “Skoda”sını zibilliyə atmaq istədi,

Böyük Britaniyada avtomobilinin üstündə maşın daşıyan sürücü cərimə olunub. 

Son.az Avtosfer.az-a istinadən xəbər verir ki, Qlindur Vin Riçardas adlı vətəndaş "Volkswagen" markalı avtomobilinin damında əzilmiş "Skoda"nı Uelsin qərbində yerləşən dəmir tullantıları olan zibilliyə aparan zaman, yolda polis əməkdaşları tərəfindən saxlanılıb. Riçardasın bildirdiyinə görə, o, dostuna köhnə nəqliyyat vasitəsindən qurtulmaqdan ötrü kömək edib.

O, belə bir daşıma üsulunun ətrafdakı sürücülər üçün təhlükə yaratdığını boynuna alıb.

Bununla yanaşı Riçardas, "Skoda"nı avtomobilin damına yaxşı bağladığını və onun düşmə təhlükəsinin olmadığını bildirib. Amma Riçardas, bunun axmaqlıq olduğunu etiraf edib.

Beləliklə o, bu vəziyyətdə saatda 80 kilometr sürətlə azı 200 metr irəlilədiyini söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});