İrandan güc nümayişi


Dünya 01 Sen 2019 10:39:00 240 0

İrandan güc nümayişi

İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının "Kiyan" adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, yeni aparat İranda Hava Hücumundan Müdafiə Günündə təqdim olunub.

Təqdimat mərasimində çıxış edən İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Əlirza Səbahifərd bildirib ki, "Kiyan" PUA-nın döyüş və müdafiə funksiyaları var.

Ə.Səbahifərdin sözlərinə görə, bu aparat yüksək sürətlə kəşfiyyat əməliyyatlarını apara və uzun müddətə uçuşlar həyata keçirə bilər.