İran yeni PUA təqdim edib


Digərləri 01 Sen 2019 10:16:10 247 0

İran yeni PUA təqdim edib

İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının “Kiyan” adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib

Bakı. Elnur Bağışov - İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının “Kiyan” adlı yeni pilotsuz uçuş aparatının təqdimatı keçirilib. Trend-in məlumatına görə, yeni aparat İranda Hava Hücumundan Müdafiə Günündə təqdim olunub. Təqdimat mərasimində çıxış edən İran ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Əlirza Səbahifərd bildirib ki, “Kiyan” PUA-nın döyüş və müdafiə funksiyaları var. Ə.Səbahifərdin sözlərinə görə, bu aparat yüksək sürətlə kəşfiyyat əməliyyatlarını apara və uzun müddətə uçuşlar həyata keçirə bilər.