Ermənistanda 4 əsgər saxlanıldı


Dünya 01 Sen 2019 09:29:00 216 0

Ermənistanda 4 əsgər saxlanıldı

Hüquq mühafizəçiləri zabiti döyməkdə şübhəli bilinən dörd erməni əsgərini saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, dörd məcburi hərbi qulluqçu "bir qrup şəxsin sağlamlığına yüngül və ya orta dərəcədə ziyan vurması ilə komandanlığa qarşı zorakı hərəkətlər etmə" maddəsi ilə hərəkətlər etməkdə şübhəli bilinərək tutulub.

Bildirilir ki, hərbçilərdən biri də "hərbçini təhqir etmə" maddəsi ilə cinayəti törətməkdə şübhəli bilinir. Maddələr üzrə ən yüksək sanksiya səkkiz il həbs cəzasını nəzərdə tutur.