Kanadada aviaşou zamanı təyyarə qəzaya uğrayıb


Digərləri 01 Sen 2019 07:04:00 223 0

Kanadada aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb

Bakı. Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı bildirib. Məlumata əsasən, hadisə yarmarkanın keçirildiyi Smit şəhəri yaxınlığında baş verib. Kanada Nəqliyyat Nazirliyinin əməkdaşları araşdırmaya başlayıb.