ANAMA ay ərzində 312 ədəd partlamamış hərbi sursat aşkarlayıb (FOTO)


Digərləri 01 Sen 2019 03:10:00 203 0

ANAMA ay ərzində 312 ədəd partlamamış hərbi sursat aşkarlayıb (FOTO)

ANAMA 2019-cu ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb

Bakı. ANAMA 2019-cu ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə bildirilib ki, 2019-cu ilin avqust ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılmış, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilmişdir. Əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənmiş, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.