Ermənistanda zabiti döyməkdə şübhəli bilinən dörd əsgər saxlanılıb


Digərləri 01 Sen 2019 02:11:00 196 0

Ermənistanda zabiti döyməkdə şübhəli bilinən dörd əsgər saxlanılıb

Hüquq mühafizəçiləri zabiti döyməkdə şübhəli bilinən dörd erməni əsgərini saxlayıblar

Bakı. Hüquq mühafizəçiləri zabiti döyməkdə şübhəli bilinən dörd erməni əsgərini saxlayıblar. Trend-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib. N.Arutyunyanın sözlərinə görə, dörd məcburi hərbi qulluqçu "bir qrup şəxsin sağlamlığına yüngül və ya orta dərəcədə ziyan vurması ilə komandanlığa qarşı zorakı hərəkətlər etmə" maddəsi ilə hərəkətlər etməkdə şübhəli bilinərək tutulub.