"Twitter"in işində problemlər yaranıb


Digərləri 01 Sen 2019 01:12:00 260 0

"Twitter"in işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər

Bakı. Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər. Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında xəbər verilib. Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər - ən çox şikayət Moskvadan gəlib.