Zibilxanada körpənin cəsədi tapılıb


Dünya 31 Avq 2019 22:40:00 258 0

Zibilxanada körpənin cəsədi tapılıb

Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları uşağın şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görür.