Ermənistanda zibilxanada körpənin cəsədi tapılıb


Digərləri 31 Avq 2019 22:32:00 209 0

Ermənistanda zibilxanada körpənin cəsədi tapılıb

Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb

Bakı. Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb. Trend-in məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.