Aliment alan valideynə vergi güzəşti verilirmi?


Digərləri 31 Avq 2019 22:30:00 226 0

Aliment alan valideynə vergi güzəşti verilirmi?

Uşağa görə aliment öhdəliyini yerinə yetirən valideyn işlədiyi yerdə əməkhaqqından vergi ödəyərkən hər hansı güzəşt əldə edə bilərmi?

Son.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliklə alimenti ödəyən şəxsin deyil, alimenti alan şəxsin əməkhaqqı gəlir vergisindən azad edilib.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Daimi qulluq tələb edən uşaq atası ilə yaşamadığı halda güzəştlər atanın gəlirlərinə şamil edilmir.

Qeyd edək ki, aliment məbləğləri vergidən azaddır.