Aspirinin bilmədiyiniz 7 fərqli istifadəsi


Digərləri 31 Avq 2019 21:54:00 238 0

Aspirinin bilmədiyiniz 7 fərqli istifadəsi

Aspirin (asetilsalisil turşusu) bütün dünyada ən tanınmış və çox istifadə olunan dərmanlardan biridir.

Son.az saglamolun.az-a istinadən bu əfsanəvi preparatın bilmədiyiniz fərqli istifadəsi haqqında yazı təqdim edir.

1. Aspirin sızanaqları müalicə edir

Aspirin həqiqətən sızanaqlarla mübarizədə çox effektlidir. Sizə bir neçə resept təqdim edirik:

- 2-3 aspirin həbi əzilir, limon şirəsi ilə qarışdırılır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra yuyulur. Bu maska sızanaqlar az olanda istifadə olunur.

- 3 həb aspirin əzilir, 1 ç.q. ilıq su və 1 ç.q. duru bal əlavə olunur, qarışdırılır və üz dərisinə çəkilir. Yağlı, sızanaqlı dəri üçün əla maskadır. 

- 2 həb aspirin əzilir, 1 x.q. qatıq əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir.

Diqqət! Aspirin maskaları həssas dəridə qıcıqlanma, qızarma, səpkilərə səbəb ola bilər. 

2. Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır

Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.

3. Saç kəpəyini müalicə edir

Aspirin əzilir, az miqdarda şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur. Bunu həftədə 1-2 dəfə ədə bilərsiniz.

(adsgarden = window.adsgarden || []).push({});