8 otaqlı ev yanıb


Digərləri 31 Avq 2019 20:30:00 236 0

8 otaqlı ev yanıb

Gədəbəydə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Gədəbəy rayonunun Arısu kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində bir otağın tavanı 20 m² və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​