Polşa AsiyaAvropa nəqliyyat dəhlizinin inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır


Digərləri 31 Avq 2019 20:35:00 273 0

Polşa AsiyaAvropa nəqliyyat dəhlizinin inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır

Polşa Asiya ilə Avropa arasında nəqliyyat marşrutlarının inkişafında Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

M.Pşidaç deyib: "Polşa və Azərbaycan dəmir yolları Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında iştirak edir. Bu, ölkələrimizin coğrafi mövqeyinə uyğun gələn uğurlu bir layihədir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq potensialı, xüsusilə Avropa ilə Cənub arasındakı nəqliyyat marşrutları baxımından çox əhəmiyyətlidir".

Nazir müavini qeyd edib ki, iki ölkənin limanları və dəmir yolları arasında institusional əlaqələr artıq qurulub:

"İqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiya nəqliyyatla bağlı işçi alt qrupu yaradıb".

O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də qeyd edib:

M.Pşidaç bildirib: "Əlbəttə ki, Azərbaycan sabit və təhlükəsiz bölgə olduğu üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün şaxələndirilməsində vacib tərəfdaş ola bilər".