Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb


Digərləri 31 Avq 2019 19:52:00 177 0

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb

Tunisin müvəqqəti prezidenti ölkə daxilində fövqəladə vəziyyət rejiminin 31 dekabr 2019-cu ilədək uzadılmasını nəzərdə tutan fərman imzalayıb

Bakı. Tunisin müvəqqəti prezidenti Məhəmməd əl-Nasir avqustun 30-da ölkə daxilində fövqəladə vəziyyət rejiminin 31 dekabr 2019-cu ilədək uzadılmasını nəzərdə tutan fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə "Business News" informasiya portalı bildirib. Bildirilir ki, Tunisdə fövqəladə vəziyyət 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində, daxili işlər və turizm nazirliklərinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəçiləri olan bir avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.