"Hyundai" dərəyə yuvarlandı, yaralılar var FOTO


Digərləri 31 Avq 2019 19:25:00 228 0

"Hyundai" dərəyə yuvarlandı, yaralılar var  FOTO

Göyçayda "Hyundai" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2 kilometrliyində, rayonun Qaraməryəm kəndi ərazisində baş verib. İsmayıllıdan Göyçay istiqamətində hərəkət edən "Hyundai" markalı minik avtomobili, yoldan çıxaraq, dərəyə aşıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.