Gədəbəydə 8 otaqlı ev yanıb


Digərləri 31 Avq 2019 19:20:00 239 0

Gədəbəydə 8 otaqlı ev yanıb

Gədəbəydə yanğın qeydə alınıb

Bakı. Gədəbəydə yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Gədəbəy rayonunun Arısu kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində bir otağın tavanı 20 m² və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​