“Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın”


Digərləri 31 Avq 2019 19:20:00 239 0

“Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın”

Son zamanlar Azəraycanda vətəndaş nikahı ilə yaşayan şəxslərin sayı artır. Əksəriyyət bunun səbəbini Avropa həyat tərzinə uyğunlaşmağa çalışmaqda görsə də, pərdəarxası məqamları kimsə nəzərə almır.

Son.az bildirir ki, Modern.az-a bu barədə danışan "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova əvvəllər daha çox qeyri-rəsmi adlandırılan vətəndaş nikahlarının yeni hadisə olmadığını düşünür. Onun fikrincə, rəsmi nikahsız ailələrin artması erkən nikahlardan başlayıb:

"Əsasən ailə quran tərəflərin, xüsusilə qızların rəsmi nikaha yaşı çatmadığına görə, insanlar qeyri-rəsmi nikahda yaşayırdılar. Ona görə, vətəndaş nikahının artması yeni proses sayılmır. Erkən nikahlardan əlavə zamanla iqtisadi amillər də ortaya çıxdı və vətəndaş nikahlarının sayı durmadan artdı. Məsələ budur ki, əmlak bölgüsü haqqında qanun qəbul olunmazdan əvvəl ailələr qurulurdu, rəsmi nikah bağlanırdı və tutaq ki, 1 il sonra boşanma halı olanda illərlə qazanılmış mal-mülk 1 ilin gəlninə qalırdı. Oğlanın ailəsi, valideynləri, hətta özü tərəfindən əldə olunmuş əmlak qarşı tərəflə bölünürdü. Mülk əldə etmək naminə qurulan evliliklər artıdığına görə, əksəriyyət qeyri-rəsmi nikaha can atmağa başladı. Beləliklə, məsuliyyətdən qaçmaq, aliment ödəməkdən yayınmaq istəyi ilə vətəndaş nikahları quruldu. Hətta indi də çox insan nikahı qeydiyyata almır ki, sabah-birisigün boşananda əmlak gəlinə qalmasın. Halbuki qanun qəbul olunub, evlilikdən öncə mövcud olan əmlak sahibinin razılığı olmadan tərəflər arasında bölüşdürülmür".

Avropada iki şəxsin bir-birinə qarşı heç bir iqtisadi tələb qoymadan, sivil qaydada bir yerdə yaşadığını xatırladan ictimai birlik sədri qərblilərin nikah bağlamağa ehtiyac duymadığını vurğulayıb. M. Zeynalova Azərbaycanda fərqli yanaşmanın olduğunu deyir:

"Ortada hansısa iddialar olur. Məsələn, daha çox qadın düşünür ki, bir yerdə yaşayım, 2-3 uşaq dünyaya gətirim, evini mənə versin. Hətta indi də bizə bu cür müraciətlərlə gələnlər olur. Şikayət edirlər ki, mənə oradan ev düşməlidir, 2 uşağım var axı?! Hələ də bizdə bu şüur qalır ki, uşaq doğmuşamsa, ev mənim olmalıdır. Amma bu da düzgün yanaşma deyil. Kişi illərlə qazanır, valideynlər ev tikir, sonra da kimə isə qismət olur.

Yenə qeyd edirəm, rəsmi nikah varsa, evlilik dövründə qazanılan əmlak bölünür. Tərəflərin əvvəlcədən var olan, valideynlərin mülkiyyətindəki əmlak bölünmür".

(adsgarden = window.adsgarden || []).push({});