İranda zəncirvari qəza; 4 nəfər yandı


Dünya 31 Avq 2019 18:57:00 234 0

İranda zəncirvari qəza; 4 nəfər yandı

İranın cənub-qərbində yerləşən Fars vilayətində Kazerun-Şiraz yolunda 4 avtomobil toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Fars vilayətinin şimal yol polisi rəisi polkovnik Əbdülhaşim Dehqani polis informasiya agentliyinə açıqlamasında deyib.

Ə.Dehqaninin sözlərinə görə, qəzada 3 yük maşını və bir ədəd "Peugeot 206" markalı avtomobil toqquşub.

Dehqani əlavə edib ki, nəticədə yük maşınlarından birində yanğın baş verib.

Polis rəisi yük maşınında 4 nəfərin yanaraq həlak olduğunu, başqa bir yük maşını sürücüsünün isə yaralandığını deyib.