İranda zəncirvari qəza; 4 nəfər yandı


Digərləri 31 Avq 2019 18:50:00 230 0

İranda zəncirvari qəza; 4 nəfər yandı

İranın cənub-qərbində yerləşən Fars vilayətində Kazerun-Şiraz yolunda 4 avtomobil toqquşub

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Fars vilayətində Kazerun-Şiraz yolunda 4 avtomobil toqquşub. Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisi rəisi polkovnik Əbdülhaşim Dehqani polis informasiya agentliyinə açıqlamasında deyib. Ə.Dehqaninin sözlərinə görə, qəzada 3 yük maşını və bir ədəd “Peugeot 206” markalı avtomobil toqquşub. Dehqani əlavə edib ki, nəticədə yük maşınlarından birində yanğın baş verib.