Füzuli parkında mübahisə etdi, tanışını bıçaqladı


Digərləri 31 Avq 2019 18:12:00 304 0

Füzuli parkında mübahisə etdi, tanışını bıçaqladı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib.

Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.