DGK sədrinin vətəndaşlarla görüşü zamanı nə baş verib - Komitədən cavab


Digərləri 31 Avq 2019 18:27:00 184 0

DGK sədrinin vətəndaşlarla görüşü zamanı nə baş verib - Komitədən cavab

Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK), onun rəhbərliyi və əməkdaşları haqqında hər hansı fakta əsaslanmadan mütəmadi olaraq qaralama kampaniyası aparan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan bəzi dırnaqarası media qurumları bu dəfə də Komitə sədrinin avqustun 30-da Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlayıblar. Bunu Trend-ə komitədən deyiblər. Məlumatda bildirilir ki, iddiaya görə izdihamın müşahidə olunduğu qəbul prosesi sona qədər aparılmayıb və bu barədə vətəndaşlara açıqlama verilməyib: "Xatırladaq ki, avqustun 30-da DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində vətəndaşların müraciətlərini dinləyib. Ümumilikdə 17 nəfər Komitə sədri ilə görüşüb və gömrük məsələləri ilə bağlı bütün müraciətlər dinlənilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edək ki, DGK rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.