Hərbi hissədə konsert olub (FOTO)


Digərləri 31 Avq 2019 18:14:00 190 0

Hərbi hissədə konsert olub (FOTO)

Konsert Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşısında təqdim olunub.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib. İdarədən Trend-ə verilən məlumata görə, konsert poqramı “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti qarşısında təqdim olunub. Tədbir Dövlət Himni ilə başlayıb. Rəsmi hissə şəxsi heyət adından çıxışlardan sonra geniş konsert proqramı ilə davam edib. Konsertdə tanınmış müğənnilərdən Elnur Məmmədov, Günay Əzimova, Aygün Məmmədli və rəqqasə Səbinə İsmayılovanın rəhbərlik etdiyi rəqs qrupu və başqaları çıxış ediblər.