"Uşaqpulu"nun məbləği nə qədər olacaq və hansı yaş qrupuna nə qədər ayrılacaq?


Digərləri 31 Avq 2019 17:30:00 237 0

"Uşaqpulu"nun məbləği nə qədər olacaq və hansı yaş qrupuna nə qədər ayrılacaq?

Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur.

Son.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov "Yeni Müsavat"a açıqlamasında bu barədə danışıb.

O qeyd edib ki, hazırda hökumətdə  müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir: "Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair... Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır".

Uşaq pulu hansı yaşda uşaqları əhatə edəcək, bununla bağlı ortaq məxrəcə gəlinibmi- sualına cavab verən deputat bildirib ki, hələlik müzakirələr gedir, özü də çox ciddi şəkildə...

Siyavuş Novruzov özünün "Facebook" səhifəsində isə yazıb ki, cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın".

Qeyd edək ki, iqtisadçı ekspertlərdən ilk olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Məsələ ilə bağlı "Yeni Müsavat"a açıqlama verən ekspert də bildirib ki, "Uşaq pulu"nun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub. Biz bir neçə ay öncə uşaq pulunun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər "uşaq pulu"nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən "uşaq pulu"nun bərpası ilə bağlı vaxt göstərildi".

Ölkədə 17 yaşınadək uşaqların sayı 2,7 milyondur. Bunun 640 min nəfəri 3 yaşınadək olan uşaqlardır. Biz isə "uşaq pulu"nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox "uşaq pulu"nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir.