Kirayə bazarında QİYMƏTLƏR


Digərləri 31 Avq 2019 16:54:00 270 0

Kirayə bazarında QİYMƏTLƏR

Yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu  kirayə evlərə tələbatı artırıb.

Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır. Maraqlıdır ki, bu il kirayə evlərin qiymətində dəyişiklik hansı səviyyədədir?

Son.az bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında deyib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:

"Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda  kirayə ev tapmaq çətinləşib.  Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsindən sonra kirayə evlərə olan tələbat nisbətən azalıb". 

Kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayır:

"Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, "Sovetski", "Kubinka" kim ərazilərdə 100-150 manat civarında  kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir".