Əkin sahələrində yay şumu başa çatmaq üzrədir


Digərləri 31 Avq 2019 16:54:00 207 0

Əkin sahələrində yay şumu başa çatmaq üzrədir

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin bütün regional təsərrüfatlarında 4000 hektara yaxın əkin sahəsində yay şumu artıq başa çatmaq üzrədir.

Bakı. "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin bütün regional təsərrüfatlarında 4000 hektara yaxın əkin sahəsində yay şumu artıq başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yay şumunun aparılması payız əkinində məhsuldarlığın 10-20% artmasına səbəb olur. Eyni zamanda, torpaqdakı nəm və qida maddələrinin bitkilər üçün əlçatan bir formada ən yaxşı şəkildə toplanmasına imkan verir. Gələcəkdə məhsuldarlığın qənaətbəxş olması üçün aqrotexniki qaydalara uyğun torpağın tərkibinin analizi və analizin nəticələrinə müvafiq gübrələnməsi, disklənməsi, malalanması və növbəli əkin qaydalarına əməl edilməsi nəzərdə tutulur. Bunun üçün şumlanmış ərazilərin bir hissəsi dinc saxlanılacaq, bir hissəsində isə fərqli məhsullar əkiləcək.