"Taliban"ın 15 silahlısı məhv edildi


Dünya 31 Avq 2019 16:42:00 216 0

"Taliban"ın 15 silahlısı məhv edildi

Əfqanıstanın şimalında yerləşən Kunduz vilayətində "Taliban" hərəkatının 15 silahlısı məhv edilib.

Son.az APA-ya istinadən bildirir ki, silahlılar Kunduz şəhərinə hücum həyata keçirməyə cəhd edərkən hökumət qüvvələri tərəfindən öldürülüb.

Əməliyyat zamanı ən azı iki əfqan hərbçisi də həlak olub.