Trampın yeni tələbi: Pekin imperatorların borclarını ödəməlidir


Dünya 31 Avq 2019 16:48:00 420 0

Trampın yeni tələbi: Pekin imperatorların borclarını ödəməlidir

Tramp administrasiyası Pekindən hələ Çinin imperiya olduğu dövrdə buraxdığı istiqrazlar üzrə borclarını ödəməyi tələb etmək niyyətindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Amerika lideri artıq sözügedən istiqraz vərəqələrinin sahibləri ilə görüşüb. Bildirilir ki, bu şəxslər Çindən bu istiqrazlar üzrə borclarını ödəməyi tələb edirlər.

Qeyd edək ki, XX əsrin ortalarında, yəni ölkədə imperatorların hökmranlıq etdiyi dövrdə Çin dəmir yollarının tikintisinə maliyyə vəsaiti cəlb etmək məqsədilə istiqrazlar buraxıb. Hazırda amerikalı kolleksiyaçıların çox sayda belə istiqrazlara sahib olduğu bildirilir. "Bloomberg" bildirir ki, bu istiqrazları hətta onlayn auksionlarda belə almaq olar.

Hesablamalara görə, inflyasiya, faizlər və kompensasiyalar nəzərə alınmaqla sözügedən istiqrazlar üzrə borclar üç trilyon dolları keçir.

Çin hökuməti isə inqilabdan əvvəl yaranmış borcları tanımır və onları ödəməkdən imtina edir.

Çin Xalq Respublikası və ABŞ arasında iqtisadi münaqişə 2018-ci ilin yayından etibarən davam edir. Belə ki, keçən il Vaşinqton Çindən idxal olunan və ümumi illik dəyəri 34 milyard dollar olan 818 növ mala 25 faizlik rüsum tətbiq edib.