Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının gürzlər və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb


Digərləri 31 Avq 2019 15:38:44 262 0

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının gürzlər və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında gürzlər və lentlə hərəkətlərdə qalibləri müəyyənləşib.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında gürzlər və lentlə hərəkətlərdə qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Gürzlərlə hərəkətlərdə birinci yerə Nigar Usubova, ikinci yerə Fidan Yusifzadə, üçüncü yerə Leyli Ağazadə çıxıb. N.Usubova və F.Yusifzadə "Ocaq Sport" klubunun gimnastlarıdır. L.Ağazadə isə Sumqayıtı təmsil edir. Lentlə hərəkətlərdə birinci yerə Nigar Usubova, ikinci yerə Kamilla Əliyeva, üçüncü yerə Alina Gözəlova çıxıb. Hər üç gimnast "Ocaq Sport" klubunun təmsilçisidir. Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir.