Prezident İlham Əliyev Vyetnamın dövlət başçısına təbrik məktubu göndərib


Digərləri 31 Avq 2019 15:21:22 206 0

Prezident İlham Əliyev Vyetnamın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Vyetnamı xoş münasibətlər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur. İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bundan sonra da bütün sahələrdə birgə səmərəli fəaliyyətimiz üçün mühüm zəmin olacaqdır. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və rifah diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin