Enerji sahəsindən kənarda AzərbaycanYunanıstan əməkdaşlığına təkan verməyin vaxtı çatıb Səfir


Digərləri 31 Avq 2019 15:15:00 193 0

Enerji sahəsindən kənarda AzərbaycanYunanıstan əməkdaşlığına təkan verməyin vaxtı çatıb  Səfir

Enerji sahəsindən kənarda Yunanıstan-Azərbaycan əməkdaşlığına təkan verməyin vaxtı çatıb.

Son.az bildirir ki, bunu Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Nikolas Kanellos bildirib.

Səfirin sözlərinə görə, Yunanıstan informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı, qida emalı, tikinti, turizm kimi sahələrdə Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır.

Enerji sahəsində ölkələrin uğurla əməkdaşlıq etdiyini deyən Kanellos əməkdaşlıqda yeni bir səhifənin açılmasının vaxtı gəldiyini söyləyib: "İki ölkə arasındakı ticarət əlaqələrinin səviyyəsi mövcud potensialı əks etdirmir. Yunanıstan Azərbaycana yeni məhsullar, əsasən alüminium profillər, dərman və qida məhsulları ixracında maraqlıdır".

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Yunanıstanla ticarət dövriyyəsi 150,6 milyon dollar təşkil edib ki, bunun da 143,1 milyon dolları Azərbaycan məhsullarının ixracı hesabına olub.

Son.az