"Semaşko"da cərrah 1900 manata sünnət etdi


Digərləri 31 Avq 2019 14:34:00 272 0

"Semaşko"da cərrah 1900 manata sünnət etdi

Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur. Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır. 

Son.az cebhe.info-ya istinadən xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçidir. Onun sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir: 

"Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı. 

Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, "stend" qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı. 

Yenidən başqa həkimə müraciət etdik. Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev "stend" qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz "stend"ə görə biz vəsait ödəmişik. 

Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özümə vermişəm. 1900 manatdan 850 manatı "stendə", 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb". 

Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib: