Bu ölkədə kimya zavodunda partlayış


Dünya 31 Avq 2019 14:37:00 227 0

Bu ölkədə kimya zavodunda partlayış

Hindistanın Maharaştra əyalətindəki kimya zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, daha 58 nəfər yaralanıb.

Məlumata görə, zavodda bir neçə balon partlayıb, daha sonra güclü yanğın baş verib. Hadisə zamanı binada 100-ə qədər işçinin olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.