"Qayınana" deməyə, dilim gəlmir"


Şou-biznes 31 Avq 2019 14:39:00 220 0

"Qayınana" deməyə, dilim gəlmir"

"Öz ana-atasından başqa heç kimə deməyən övlad olmamışam. Bəlkə, ana-ata deyib çağırmamısınız, amma valideynlərinizlə eyni səviyyədə sevmisiniz. Hər zaman onlara ana-ata deməklə, öz valideynlərimə olan sevgimdən azaldıb, onlara vermədim. Əksinə, onlardakı ana-ata sevgisini çoxaltdığımı düşünmüşəm. Çünki onlar sevdiyim bir insanın valideynləridir və ən əsası ana və atadılar, yəni layiqdilər".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İradə İbrahimova qayınanasın ünvanına yazıb. Türkiyə vətəndaşı Ceyhun İzerlə ailəli olan sənətçi qayınanasını ad günü münasibətilə təbrik edərək, bunları yazıb:

"Anamın nənəmə "ana" deyə, səslənməyi hələ də qulağımdadır. Nur içində yat, nənə. Heç kimsə başqasının nə yaşadığını bilə bilməz. Bəlkə də söyləməyənlərin, qınanılmayacaq səbəbləri var. Atamı ayrı, anamı başqa çox istəyirəm. Onlara qayınana, qayınata yazmağa əlim gəlmir. Hərdən danışanda "qayınana" deyəndə, üzüm qızarır. Anam da "qızınızdır" deyə, soruşulanda, "sayılır" cavabını verir.

Atam aramızda yoxdur. Amma nəsihətləri, əməlləri həm övladlarına, həm də tanıyan hər kəsə bələdçi oldu. Anamı isə, Allah başımızın üstündən əskik etməsin. Bu həyatdakı ən böyük mükafatlarımdandır. Əlimdən gəldiyi qədər onun dualarını almağa çalışdım".