Sentyabrın ilk günü HAVA necə olacaq? PROQNOZ


Digərləri 31 Avq 2019 13:57:00 256 0

Sentyabrın ilk günü HAVA necə olacaq?  PROQNOZ

Sentyabr ayının ilk gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 55-65% olacaq.

Abşeron çimərliklərində Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.