Sentyabrın ilk günü hava necə olacaq?


Digərləri 31 Avq 2019 13:43:00 191 0

Sentyabrın ilk günü hava necə olacaq?

Sentyabr ayının ilk gününə olan hava proqnozu açıqlanıb.

Bakı. Sentyabr ayının ilk gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 55-65% olacaq. Abşeron çimərliklərində Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.