Məşhur model Türkiyəyə 15 milyon avro sərmayə yatırdı


Digərləri 31 Avq 2019 13:34:00 245 0

Məşhur model Türkiyəyə 15 milyon avro sərmayə yatırdı

Məşhur və yaraşıqlı model Ceremi Miks İstanbulda 15 milyon avro dəyərində yatırım edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, məhkumluq həyatından sonra modellik sahəsində uğurla addımlayan Ceremi Miks şəxsi şirkətini qurmaq üçün İstanbula gəlib. Burada 15 milyon avro yatırım edən Ceremi şəxsi markasının simasının özünün olacağını bildirib.

Yaraşıqlı model "Goldtex" türk tekstil firması ilə əməkdaşlıq sazişi imzalayıb. Onun şəxsi markasında bir neçə fərqli və göz oxşayan geyim kolleksiyası yer alıb.

Kaliforniya polisinə Miks 2000-ci illərin əvvəllərindən tanışdır. Üstəlik, onu böyük cinayətkar cəmiyyətin üzvü hesab edirlər. İlk dəfə yaraşıqlı model yeniyetmə şəxsə hücum çəkdiyi üçün məhkumluq yaşayıb. Miks azadlığa çıxdıqdan sonra yenidən soyğunçuluq, polisə müqavimət, şəxsi məlumatların oğurlanması cinayətlərinə görə həbs olunub. 

Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları Cereminin şəklini "Facebook" səhifəsində və polis şöbəsinin rəsmi saytında yerləşdiriblər. Məhkəmə zalına gələn Miks artıq internet ulduzu statusunda idi. 

(adsgarden = window.adsgarden || []).push({});