Ermənistanda kütləvi zəhərlənmə


Dünya 31 Avq 2019 13:39:00 231 0

Ermənistanda kütləvi zəhərlənmə

Gümrüdə otuz nəfər toydan sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, toy mərasimi "Dvin" restoranında keçirilib. Həkimlər xəstəxanaya yerləşdirilənlərin vəziyyətini yüngül və orta-ağır olaraq qiymətləndirirlər. İlkin məlumatlara görə, vətəndaşlar qidadan zəhərləniblər.

Hadisədən sonra Ermənistanın qida təhlükəsizliyinə nəzarət edən orqanlarının mütəxəssisləri tərəfindən laboratoriya müayinələrinə başlanılıb.