Bədii Gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatlarının final oyunları başlayıb


Digərləri 31 Avq 2019 13:13:00 186 0

Bədii Gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatlarının final oyunları başlayıb

Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı Bədii Gimnastika Çempionatının yarışlarının üçüncü günü start götürüb.

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı Bədii Gimnastika Çempionatının yarışlarının üçüncü günü start götürüb. Trend-in məlumatına görə, yarışın son günündə "gənclər" və "böyüklər" yaş kateqoriyasında finallar keçiriləcək. Xatırladaq ki, 26-cı Azərbaycan və Bakı bədii gimnastika çempionatlarının yarışları 29-31 avqust tarixlərində keçirilir. Üç gün davam edəcək turnirdə Ocaq İdman klubunu, Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, AyUlduz klubunu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Su İdmanı Sarayı, Zabrat idman klubu, GymKids klubunu təmsil edən 100-dən çox gimnast iştirak edir.