Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanıldı


Digərləri 31 Avq 2019 12:09:00 224 0

Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsuz "VAZ-2107" markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mİlli.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində "Redmi NOT 7" markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.