BakıMoskva təyyarəsi təcili eniş etdi


Digərləri 31 Avq 2019 11:43:00 202 0

BakıMoskva təyyarəsi təcili eniş etdi

Bakı-Moskva aviareysi ilə uçan təyyarə şənbə günü Rusiyanın Volqoqrad şəhərində təcili eniş edib.

Son.az virtualaz-a istinadən xəbər verir ki, buna səbəb kimi həmin təyyarə ilə uçan 60 yaşlı qadının özünü pis hiss etməsi göstərilir.

Layner Volqoqrad aeroportuna eniş etikdən sonra qadın sərnişin xəstəxanaya yerləşdirilib. Bakı-Moskva reysini həyata keçirən təyyarə hələ də Volqoqraddadır və uçuşu gözləyir.

Qeyd edək ki, ötən axşam Krasnoyarsk-Simferopol və Qroznı-Vnukovo reysləri üzrə hərəkət edən təyyarələr də Volqoqrad hava limanına məcburi eniş ediblər.