Piter Teys: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir"


Siyasət 31 Avq 2019 11:36:00 80 0

Piter Teys: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir"

"Paşinyanın ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq investorlara təhlükə yaradır".

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, erməni ritorikası zərərlidir, dağıdıcıdır və Cənubi Qafqazda işləmək, bu bölgədə fəaliyyətini qurmaq istəyən böyük strateji beynəlxalq investorları təhdid edir. Bu ifadələr davam edən iqtisadi durğunluq və hökumətin hər nazirliyini bürüyən yüksək korrupsiya ilə Ermənistanda vəziyyəti daha da ağırlaşdırır.

P.Teys qeyd edib ki, Paşinyanın fırtınalı nitqi onun avtoritar liderlik üslubunu göstərir: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir. Ermənistanın baş naziri vəzifəsinə gəlişinin ilk günlərindən etibarən Paşinyan beynəlxalq qanunları dəfələrlə pozmağa, Dağlıq Qarabağ münaqişəsinin həllində iltihablı bəyanatlar və təcavüzkar davranış yolu ilə getməyə hazır olduğunu nümayiş etdirdi".

Amerikalı ekspertin fikrincə, son iki ildə dünyanın ən böyük hökumətlərarası qurumu olan ATƏT-in Ermənistan hakimiyyətinə beynəlxalq humanitar hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə məcbur etmək üçün təzyiq göstərə bilməməsi heç də ürəkaçan deyil: "Beynəlxalq ictimaiyyət Paşinyanın bu cür iltihablı bəyanatlarına dözməməlidir. ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmağa inandırmaq üçün tam məsuliyyət daşıyır. Digər tərəfdən, Azərbaycanın praqmatik diplomatik təşəbbüsləri həmişə qalib gələcək".

P.Teys əlavə edib ki, ABŞ Dövlət Departamenti də son aylarda Paşinyanın antaqonist yanaşmasının və döyüşkən ifadələrinin qarşısını almaqda daha fəal rol oynamalı idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalq ictimaiyyətin fəal iştirakından və Azərbaycana münasibətdə ikili standartların tətbiqinin qarşısını almağa yönəlmiş həqiqi səylərdən asılıdır".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları" nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bir bəyanatla Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.

Ötən gün axtarışda olan 25 nəfər saxlanılıb like
  • 31 Avq 11:35  
Digərləri Ötən gün axtarışda olan 25 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədil

arrow Ətraflı
Sumqayıtda yaşayış binasında yanğın olub, like
  • 31 Avq 11:31  
Digərləri Sumqayıtda yaşayış binasında yanğın olub,

Fövqəladə Hallar Nazirliyindən Son.az-a bildiriblər ki, hadisə beşmərtə

arrow Ətraflı
"Neftçi" - "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb like
  • 31 Avq 11:27  
Digərləri "Neftçi" - "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb

Sabah Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Bakcell Ar

arrow Ətraflı
Bakıda ən yüksək maaş bu sahədə çalışanlara verilir like
  • 31 Avq 11:25  
Digərləri Bakıda ən yüksək maaş bu sahədə çalışanlara verilir

2019-cu yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nis

arrow Ətraflı
Alim Qasımovun həyat yoldaşı və qızı like
  • 31 Avq 11:19  
Şou-biznes Alim Qasımovun həyat yoldaşı və qızı

Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamillanın şəkli yayılıb.

arrow Ətraflı
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib like
  • 31 Avq 11:17  
Digərləri Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib.

arrow Ətraflı
Salyanda qəza: like
  • 31 Avq 11:13  
Digərləri Salyanda qəza:

Dünən axşam Salyan rayon ərazisində baş verən avtomobil qəzasında 2 nə

arrow Ətraflı
Piter Teys: Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir like
  • 31 Avq 11:10  
Digərləri Piter Teys: Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir

Paşinyanın ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq inves

arrow Ətraflı
Murat Bozun keçmiş arvadı sevgilisinin qucağında like
  • 31 Avq 11:07  
Digərləri Murat Bozun keçmiş arvadı sevgilisinin qucağında

Stilist Eliz Sakuçoğlu yeni sevgilisi DJ Semih Ergünlə yaxtada istirahət ed

arrow Ətraflı
Moskva aeroportlarında 120yə yaxın reys gecikir like
  • 31 Avq 11:02  
Dünya Moskva aeroportlarında 120yə yaxın reys gecikir

Rusiya paytaxtının hava limanlarında əlverişsiz hava şəraitinə görə t

arrow Ətraflı
Salyanda qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı like
  • 31 Avq 10:56  
Digərləri Salyanda qəza: 2 nəfər öldü, 1 nəfər yaralandı

Dünən axşam Salyan rayon ərazisində baş verən avtomobil qəzasında 2 nə

arrow Ətraflı
Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb (FOTO/VİDEO) like
  • 31 Avq 10:47  
Digərləri Hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışları başa çatıb (FOTO/VİDEO)

Hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarı

arrow Ətraflı
Gənc model 42 yaşlı aktyorla intim səhnələrə çəkildi like
  • 31 Avq 10:45  
Digərləri Gənc model 42 yaşlı aktyorla intim səhnələrə çəkildi

27 yaşlı ingilis model intim səhnələrə çəkilib.

arrow Ətraflı
Qızını yeni ərə verən rəqqasə Fatimə like
  • 31 Avq 10:39  
Şou-biznes Qızını yeni ərə verən rəqqasə Fatimə

Avqustun 17-si qızı Aydanı gəlin köçürən rəqqasə Fatimə Fətəliyevad

arrow Ətraflı
Bakıda əhali ödənişli xidmətlərə nə qədər pul xərcləyib? like
  • 31 Avq 10:35  
Digərləri Bakıda əhali ödənişli xidmətlərə nə qədər pul xərcləyib?

2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli

arrow Ətraflı