Bakıda əhali ödənişli xidmətlərə nə qədər pul xərcləyib?


Digərləri 31 Avq 2019 10:35:00 187 0

Bakıda əhali ödənişli xidmətlərə nə qədər pul xərcləyib?

2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2 milyard 930,6 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 319,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79,2 faizini təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 571,3 milyon manat olub.

Dövriyyənin 45,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz azalaraq 257,1 milyon manat təşkil edib.