Biləsuvarda xanım sürücü qəza törətdi:


Digərləri 31 Avq 2019 09:59:00 262 0

Biləsuvarda xanım sürücü qəza törətdi:

Biləsuvarda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb.

Ələt-Astara yolunda ağır qəza - Azı 3 ölü, 4 yaralı Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücü S.Fərhadzadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan digər iki sərnişin, 1998-ci il təvəllüdlü Fərəczadə Nigar Sərəc qızı və 2001-ci il təvəllüdlü Fərəczadə Fidan Sərəc qızına Cəlilabad raron Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşdırma aparılır.