Bakıda 7 ayda əhali ödənişli xidmətlərə 3 milyard manata yaxın pul xərcləyib


Digərləri 31 Avq 2019 09:54:00 191 0

Bakıda 7 ayda əhali ödənişli xidmətlərə 3 milyard manata yaxın pul xərcləyib

2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2 milyard 930,6 milyon manat olub.

Bakı. İlhamə İsabalayeva – 2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2 milyard 930,6 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 319,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79,2 faizini təşkil edib. 2019-cu ilin yanvar-iyul aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 571,3 milyon manat olub.