Əfsanəvi bodibilder vəfat etdi


Dünya 31 Avq 2019 09:30:00 221 0

Əfsanəvi bodibilder vəfat etdi

Əfsanəvi bodibilder, "Mister Olimpiya" titulunun ikiqat sahibi Franko Kolombo 79 yaşında dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə onun aktyor dostu Arnold Şvartsenegger İnstaqram hesabında məlumat verib.

"Mən səni sevirəm, Franko. Mən həmişə sənin mənim həyatıma gətirdiyin sevinci, mənə verdiyin məsləhətləri və gözlərindən heç vaxt itməyən işıltını xatırlayacağam", - Şvartsenegger 54 illik dostu haqda yazıb.

İtaliya KİV yazır ki, Kolombo Sardiniyadakı çimərliklərin birində batıb.

(adsgarden = window.adsgarden || []).push({});