Hacıqabulda minik maşını “KamAZ”a çırpıldı,


Digərləri 31 Avq 2019 09:36:00 203 0

Hacıqabulda minik maşını “KamAZ”a çırpıldı,

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. 

Ölənlərdən birinin şəxsiyyəti müəyyən edilib. "VAZ 2107" markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş. A.Qanbayev və onun sərnişin qismində olan qardaşı qəza nəticəsində yerindəcə keçinib.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir. Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.